
Son 6 ildə – 2020-2025-ci illərdə Azərbaycanda 305 min 855 nikah qeydə alınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, eyni dövrdə istifadəyə verilən mənzillərin sayı isə 178 min 400 olub.
Beləliklə, istifadəyə verilən mənzillərin sayı yeni nikahların sayından 127 min 455 ədəd və ya 71,4% az olub.
Yalnız 2020-ci ildə istifadəyə verilən mənzillərin sayı qeydə alınan nikahların sayından çox olub.
Belə ki, 2020-ci ildə Azərbaycanda 35 min 348 nikah qeydə alındığı halda, 50 min 400 mənzil tikilərək istifadəyə verilib. Bu, son 6 ilin mənzil tikintisi üzrə ən yüksək göstəricisidir.
2021-ci ildə isə mənzil tikintisi kəskin azalaraq 16 min 700-ə düşüb. Həmin il 56 min 314 nikah qeydə alınıb. Nəticədə nikahların sayı mənzillərin sayını 39 min 614 ədəd üstələyib. Bu, son 6 ildə qeydə alınan ən böyük fərqdir.
2022-ci ildə 61 min 939 nikah qeydə alınıb. Bu, son 6 ilin ən yüksək göstəricisidir. Həmin il istifadəyə verilən mənzillərin sayı 25 min 300 olub.
2023-cü ildə 54 min 200 nikah qeydə alınıb, istifadəyə verilən mənzillərin sayı isə 22 min 700 təşkil edib.
2024-cü ildə nikahların sayı 49 min 508-ə, mənzillərin sayı 25 min 900-ə bərabər olub.
2025-ci ildə isə 48 min 546 nikah qeydə alınıb, 37 min 400 mənzil istifadəyə verilib. Sonuncu ildə nikahlarla mənzillərin sayı arasındakı fərq əvvəlki illərlə müqayisədə xeyli azalıb.
Son 6 ilin statistikası göstərir ki, Azərbaycanda qeydə alınan nikahların sayı istifadəyə verilən mənzillərin sayını əhəmiyyətli dərəcədə üstələyir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz