
“Nvidia” şirkətinin keçmiş baş direktoru Censen Huanqın istefasından sonra onun vəzifəsinə bərpa olunmasını tələb edən petisiyanı 190 mindən çox insan imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat yayıb.
Məlumata görə, petisiyanı imzalayanlardan 8 min 800-ü şirkətin əməkdaşı, daha 84 mini isə şirkətin səhmdarı olduğunu iddia edir.
Buna baxmayaraq, məsələ ilə tanış olan mənbə bildirib ki, şirkətin direktorlar şurası Censeni geri qaytarmağı düşünmür.
Qeyd edək ki, Huanq noyabrın 12-də istefa verib. O, casusluq və ABŞ-nin Çinə süni intellekt çiplərinin göndərilməsinə qoyduğu qadağaları aşmaq cəhdləri ilə ittiham olunur.
Tətbiqimizi yükləyə bilərsiniz