
Böyük Britaniya Ukraynaya dronlarla mübarizədə istifadə etmək üçün 1000-dən çox qısa mənzilli hava hücumundan müdafiə raketi göndərəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, London həmçinin 10-dan çox hava hücumundan müdafiə radiolokasiya stansiyası, həmçinin, raket buraxılış qurğusu tədarük edəcək.
Bu hərbi yardım paketinin qiyməti 240 milyon funt sterlinq (317 milyon dollar) təşkil edəcək.
Çatdırılmalar dekabrın ortalarında başlayacaq.
Bundan əlavə, nazirlik Böyük Britaniya və İsveçin Ukraynaya İsveç istehsalı olan “Gripen” qırıcı təyyarələrinin təhvil verilməsi mexanizmini müəyyən edən niyyət məktubu imzaladıqlarını bildirib. Britaniya şirkətləri bu təyyarələr üçün radarlar və digər cihazlar da daxil olmaqla, komponentlərin 30%-dən çoxunu istehsal edir.
Tətbiqimizi yükləyə bilərsiniz