
Rusiyanın Kemerovo vilayətinin Yaqunovo kəndi yaxınlığında “An-12” hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, təyyarə Novosibirsk-Kansk marşurutu üzrə hərəkət edib.
Teleqram kanalının məlumatına görə, hüquq-mühafizə, yanğınsöndürən və təcili yardım xidmətləri hadisə yerində işləyir.
İlkin məlumata görə, qəza nəticəsində təyyarənin bütün heyəti (17 nəfər – red.) həlak olub.
Buna baxmayaraq, 17 nəfərin ölümü ilə bağlı məlumat hələlik rəsmi təsdiqini tapmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz