
Türkiyənin Van vilayətinin Gevaş rayonunda 4,3 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com “Haberler.com”a istinadla xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 13, 61 km dərinlikdə yerləşib.
Zəlzələ Bitlis, Siirt, Şırnak və Hakkari kimi ətraf vilayətlərdə də hiss olunub.
Tətbiqimizi yükləyə bilərsiniz