Deklan Rays “Arsenal”la beş illik müqavilə imzalayır


“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays klubla beş illik yeni müqavilə barədə razılığa gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə insayder, jurnalist Ben Ceykobs sosial şəbəkə səhifələrində məlumat yayıb.
Onun sözlərinə görə, İngiltərə millisinin üzvü klubla daha yaxşı şərtlər barədə razılıq əldə edib.
Onun müqaviləsi əvvəllər 2028-ci ilə qədər qüvvədə idi və bir illik uzadılma variantı var idi.
Qeyd edək ki, bu mövsüm Rays londonlular üçün bütün yarışlarda 15 oyunda iştirak edib və ümumilikdə, 1232 dəqiqə meydanda olub. Bu da onu bu göstəricidə komandanın liderlərindən birinə çevirib.
Bu göstərici üzrə ən yüksək nəticə müdafiəçi Qabriel Maqalyaynsdadır - 1395 dəqiqə.

DİGƏR XƏBƏRLƏR

Top