Azərbaycana 314 milyon dollarlıq smartfon idxal edilib – Ən çox hansı ölkədən gətirilib?


Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən ümumi dəyəri 314 milyon 487 min dollar olan 701 min 908 ədəd smartfon gətirilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan smartfonların bir ədədinin orta gömrük dəyəri təxminən 448 dollar (762 manat) təşkil edib.
Azərbaycana smartfonlar ən çox Çindən gətirilib. Bu ölkədən 507 min 570 ədəd smartfon idxal olunub. Çindən gətirilən smartfonların ümumi dəyəri 234 milyon 90,63 min dollar, bir ədədinin orta gömrük dəyəri isə 461 dollar (784 manat) olub.
İkinci böyük idxal mənbəyi Vyetnam olub. Bu ölkədən Azərbaycana 175 min 324 ədəd smartfon gətirilib. Vyetnamdan idxal olunan telefonların ümumi dəyəri 66 milyon 938,13 min dollar, bir ədədinin orta gömrük dəyəri isə 382 dollar (649 manat) təşkil edib.
Hindistandan isə 18 min 483 ədəd smartfon idxal edilib. Bu ölkədən gətirilən telefonların bir ədədinin orta gömrük dəyəri 704 dollar (1 196 manat) olub.
Diqqətçəkən məqamlardan biri də ABŞ və Yaponiyadan gətirilən smartfonların orta gömrük dəyərinin yüksək olmasıdır. ABŞ-dən idxal edilən telefonların bir ədədi orta hesabla 1 126 dollar (1 915 manat), Yaponiyadan gətirilənlərin bir ədədi isə 1 216 dollar (2 067 manat) təşkil edib.
Azərbaycana idxal edilən smartfonların ölkələr üzrə miqdarı və bir ədədinin orta gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimi olub:
Çin – 507 570 ədəd (784 manat);
Vyetnam – 175 324 ədəd (649 manat);
Hindistan – 18 483 ədəd (1 197 manat);
ABŞ – 30 ədəd (1 914 manat);
Birləşmiş Ərəb Əmirlikləri – 2 ədəd (1 012 manat);
İndoneziya – 175 ədəd (751 manat);
Koreya Respublikası – 32 ədəd (1 486 manat);
Tailand – 199 ədəd (1 736 manat);
Tayvan – 1 ədəd (4 148 manat);
Yaponiya – 42 ədəd (2 067 manat);
Çexiya – 50 ədəd (1 921 manat).


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top