"Polisə zəng vurdum ki, oğrunu tutmuşam, dedi, gətir şöbəyə" - Video


Abşeron rayonu Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksinin sakini Əliyev Rahib yaşadığı binada velosipedinin oğurlanmasından şikayətçidir.

Vətəndaş Yeniavaz.com-a bildirib ki, o velosiped oğurlayan iki nəfərdən birini tutub polisə zəng etsə də, polis əməkdaşı ona həmin şəxsi polis idarəsinə gətirməsini istəyib.
Rahib Əliyevin sözlərinə görə, polis əməkdaşı ona əməliyyatçı göndərəcəyini desə də, əməliyyatçılar məzuniyyətdə olduğuna görə polis həmin şəxsi azad buraxıb. Vətəndaş qeyd edir ki, heç bir tədbir görülmür.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirdi ki, hadisə araşdırılıb cavab veriləcək.
Ətraflı videosujetdə:

DİGƏR XƏBƏRLƏR

Top