Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpıb – KİV


Şəki rayonu Oxud kənd bələdiyyəsinin sədrinə xəsarət yetirildiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Teleqraf” məlumat yayıb.
Bildirilir ki, hadisə dünən axşam saatlarında baş verib.
Məlumata görə, kənddə toydan əvvəlki axşam məclisində (“Ciyər axşamı”) Şəki Rayon İcra Hakimiyyəti Başçısının Oxud kəndi üzrə icra nümayəndəsi Oruc Əhmədov kəndin bələdiyyə sədri Tərlan Səlimovla mübahisə edib.
İddiaya görə, mübahisə zamanı icra nümayəndəsi bələdiyyə sədrinin başına şüşə butulka vurub.
“Sərxoş olan icra nümayəndəsi uca səslə atmacalı sözlər deyib. Bələdiyyə sədri isə icra nümayəndəsinin hərəkətlərinə irad bildirib.
Bundan qəzəblənən Oruc Əhmədov stolun üstündəki şüşə butulkanı Tərlan Səlimovun başına çırpıb. Xəsarət alan bələdiyyə sədri xəstəxanaya müraciət edib və onun başına tikiş qoyulub”, - agentliyin məlumatında deyilir.
Oruc Əhmədovun qaynının Şəki Rayon İcra Hakimiyyətində şöbə müdiri işlədiyi bildirilir.
Qeyd olunub ki, faktla bağlı ərazi üzrə Şəki Rayon Polis İdarəsində araşdırma başlanıb.

DİGƏR XƏBƏRLƏR

Top