Sinirlioğlunun namizədliyinin irəli sürülməsinə – Azərbaycan XİN-dən reaksiya


“Hal-hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq”.
Yeniavaz.com
xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Türkiyənin namizədi Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyi ilə bağlı medianın sualını cavablayarkən deyib.
“Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxalq və diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin prinsip və məqsədlərinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini bir daha vurğulayırıq.
İnanırıq ki, davam edən məsləhətləşmələr və üzv dövlətlər arasında konstruktiv dialoq nəticəsində BMT-nin müasir qlobal çağırışlara daha səmərəli cavab vermək imkanlarını gücləndirəcək müvafiq qərar qəbul olunacaq”, - A. Hacızadə bildirib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası hələ də Baş katib vəzifəsinə vahid bir namizəd üzərində razılığa gələ bilmir. 30 oktyabr tarixində Türkiyə Respublikası da, hal-hazırda ATƏT Baş katibi olan Feridun Sinirlioğlunun namizədliyini irəli sürüb.

DİGƏR XƏBƏRLƏR

Top