Cey Di Vensin təşəbbüsləri Tehranda müsbət qarşılanıb – KİV


İran ABŞ-nin vitse-prezidenti Cey Di Vensin mesajında təqdim olunan təklifləri nəzərdən keçirib və mümkün razılaşmaların detallarını dəqiqləşdirmək üçün Qətərə nümayəndə heyəti göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Vensin təşəbbüsləri Tehranda müsbət qarşılanıb və danışıqlar müsbət atmosferdə davam edir. Bildirilir ki, ABŞ-nin mesajında konkret razılaşma planı deyil, yalnız ümumi prinsiplər əks olunub. İran tərəfi nüvə proqramı ilə bağlı təklifləri müzakirə etmək üçün xüsusi komitələr yaradıb.
Mənbələrin məlumatına görə, Tehran Hörmüz boğazının açılması müqabilində müharibənin tam və birdəfəlik dayandırılmasına zəmanət tələb edir. İran rəsmi danışıqlar başlamazdan əvvəl hərbi əməliyyatların dayandırılmasında israr edir.
Hazırda İran nümayəndə heyəti Dohada Qətər tərəfi ilə birlikdə mümkün razılaşmanın yol xəritəsini hazırlayır. Sənəd üzrə razılıq əldə olunacağı və danışıqlarda irəliləyiş qeydə alınacağı təqdirdə Qətərə ABŞ nümayəndə heyətinin də səfər edəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top