
Oktyabrın 30-dan 31-nə keçən gecə Rusiya Xarkova dronlarla kütləvi hücum həyata keçirib.
Yeniavaz.com xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, beş nəfər yaralanıb.
Bildirilib ki, ümumilikdə, təxminən 10 fərdi ev, yardımçı tikili və bir avtomobilə ziyan dəyib.
Kiyev bölgəsində gecə saatlarında baş verən dron hücumu nəticəsində iki nəfər yaralanıb.
Ukrayna Hərbi Hava Qüvvələri bildirir ki, gecə ərzində Ukraynaya ümumilikdə 134 Rusiya pilotsuz təyyarəsi hücum edib, onlardan 105-i vurulub.
Tətbiqimizi yükləyə bilərsiniz