
İranın ali dini lideri Müctəba Xamenei Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri ilə görüşündə göstəriş verib ki, düşməndən gələn istənilən təhdidə coğrafi məhdudiyyətlər olmadan dərhal və effektiv cavab verilsin.
Yeniavaz.com xəbər verir ki, bu barədə ali liderin dəftərxanasının məlumatında bildirilir.
“İnqilabın ali lideri istənilən səviyyədə və formada təhdidə coğrafi məhdudiyyətlər olmadan dərhal və effektiv cavab verilməsi barədə göstəriş verib”, – məlumatda deyir.
“Öz növbəsində, hərbi komandanlar ölkənin Silahlı Qüvvələrinin Fars körfəzi sahillərində, Hörmüz boğazı və Oman körfəzi ətrafında, eləcə də sərhəd bölgələrində döyüş hazırlığı vəziyyətində olduğunu bildiriblər. Həmçinin sursat, kəşfiyyat, dəstək və döyüş vasitələrinin istehsalının dəfələrlə artırıldığı qeyd olunub”, - “Mehr” yazır.
Ali lider bildirib ki, düşmən yenidən hərbi və ya terror hücumlarına əl atarsa, müharibənin başa çatma vaxtını və şərtlərini İran Silahlı Qüvvələri və xalqı müəyyən edəcək.
Xamenei, həmçinin ABŞ və İsrailin maddi və qeyri-maddi aktivlərinin İran Silahlı Qüvvələrinin zərbə hədəfləri sırasına daxil edilməsi üçün hədəflər bazasının yenilənməsi barədə göstəriş verib.
Tətbiqimizi yükləyə bilərsiniz