Tokio metrosunda 34 il sonra gedişhaqqı artırıla bilər


Tokio metrosunda gedişhaqqının 2029-cu ilin mart ayından artırılması planlaşdırılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə oktyabrın 30-da Yaponiyanın “Tokio Metro” şirkəti məlumat yayıb.
1995-ci ildən bəri tariflərə ilk dəfə tam yenidən baxılacaq. Bu, həm də metronun özəlləşdirilməsindən sonra ilk belə bahalaşma olacaq. İndiyədək tariflər yalnız istehlak vergisinin artırılması və stansiyaların əlçatanlığının yaxşılaşdırılması ilə bağlı rüsumların tətbiqi səbəbindən dəyişdirilib.
Gedişhaqqının nə qədər artırılacağı hələ müəyyənləşdirilməyib. Şirkətin maliyyə direktoru Kana Sakatanın sözlərinə görə, qərara əsas səbəb materialların, elektrik enerjisinin bahalaşması və əməkhaqqının artırılmasıdır.
Şirkət tarif artımından əldə olunacaq əlavə gəlirləri infrastrukturun yenilənməsinə, təhlükəsizliyin və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəltməyi planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top