Moskva ilə Bakı arasında kruiz gəmisi fəaliyyətə başlayır


Moskva-Bakı marşrutu üzrə lüks kruiz gəmisi fəaliyyətə başlayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Hakimov “Zvezda” kanalının efirində danışıb.
O bildirib ki, Moskva ilə Bakı arasında gediş-gəliş təxminən 14 gün davam edəcək.
Belə ki, səyahətin hər istiqamətinə təxminən bir həftə vaxt ayrılacaq.
Adam Hakimovun sözlərinə görə, hazırda bu layihə üçün bir gəmi artıq hazırdır, daha iki gəminin isə yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir.
Ticarət nümayəndəsi qeyd edib ki, layihənin həyata keçirilməsinə Rusiya dövləti, o cümlədən Rusiya Sənaye və Ticarət Nazirliyi dəstək göstərir.

DİGƏR XƏBƏRLƏR

Top