Dilənçilərə qarşı kobudluq edən polislər işdən çıxarıldı - Video + Yenilənib


Sosial şəbəkələrdə paytaxtın mərkəzində dilənçilik edən şəxslərlə polis əməkdaşları arasında mübahisəni əks etdirən görüntülər yayılıb. 

Görüntülərlə bağlı DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Yeniavaz.com-a bildirib ki, həmin şəxslərə dəfələrlə xəbərdarlıqlar, inzibati tənbeh tədbirləri görülməsinə baxmayaraq, onlar azyaşlı uşaqlarla birgə dilənçilik əməllərini davam etdiriblər. 
"Bu gün yenidən onların dilənçilik əməllərinin qarşısının alınması məqsədilə ərazidə xidmət aparan polis əməkdaşları ilə mübahisə ediblər. Bu zaman polis əməkdaşının vətəndaşa qarşı etdiyi hərəkət sözsüz ki, qəbuledilən deyil, yolverilməzdir. Odur ki, həmin şəxslərə qarşı kobudluq edən iki əməkdaş intizam məsuliyyətinə cəlb edilərək tutduqları vəzifədən azad ediliblər", - deyə məlumatda qeyd olunub. 

***16:52
Bakının “Tarqovı” adlanan ərazisində xidmət aparan polis əməkdaşlarının dilənçini təpikləməsi sosial şəbəkələrdə gündəm olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Portağal Media” görüntülər yayıb.
Videoda polis əməkdaşının dilənçiliklə məşğul olan qadını təhdid edərək, ona qarşı zorakılıq tətbiq etməsi əks olunub.
Kadrlarda polis əməkdaşının qadını təpiklə vurması görünür.
Daha sonra o, digər polis əməkdaşlarını çəkiliş aparan jurnalisti ərazidən uzaqlaşdırmağa çağırıb.
Sözügedən kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top