“Qalatasaray” Batrakov üçün 5 milyon dollarlıq yeni müqavilə hazırlayır


Türkiyənin “Qalatasaray” klubu yarımmüdafiəçi Aleksey Batrakovla yeni müqavilə imzalaya bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin “Sozcu” qəzeti məlumat yayıb.
Məlumata görə, klub rəhbərliyi 21 yaşlı rusiyalının maaşını 3,25 milyon avrodan 5 milyon avroya qaldırmaq niyyətindədir.
Üstəlik, rəhbərlik onun müqaviləsindən 55 milyon avroluq sərbəstqalma bəndini çıxarmaq istəyir. ”Qalatasaray” nümayəndələri artıq Batrakovun maraqlarını təmsil edən agent Vladimir Kuzmiçevi İstanbula dəvət ediblər.
Qeyd edək ki, Batrakov 2026-cı ilin avqustunda 25 milyon avro və bonuslar müqabilində Moskvanın “Lokomotiv” klubundan “Qalatasaray” klubuna keçib. Onun Türkiyə klubu ilə müqaviləsi 30 iyun 2031-ci ilə qədərdir.
Batrakov Türkiyə klubunda altı qol vurub ki, bunlardan dördü Çempionlar Liqasındadır.

DİGƏR XƏBƏRLƏR

Top