
Ermənistanda müxalif “Güclü Ermənistan” partiyasının üzvü və Stepanavan meri vəzifəsinə namizəd Arsen Gevorgyan Nubaraşen həbsxanasında 46 yaşında infarktdan vəfat edib.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, məlumat partiya da təsdiql edib.
Məlumata görə, 07:55 radələrində onun vəziyyəti pisləşib və təcili yardım çağırılıb. Saat 08:30 radələrində onun ürəyi dayanıb.
Stepanavan meri vəzifəsinə namizəd olan Gevorkyan 21 oktyabrda - bələdiyyə seçkilərindən dörd gün əvvəl rüşvət ittihamı ilə iki ay müddətinə həbs edilib.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi daha əvvəl müxalifət namizədinin ofisində seçicilərə rüşvət paylandığını iddia edən bir video yayıb.
Stepanavandakı rüşvət işi ilə əlaqədar ümumilikdə 24 nəfər saxlanılıb.
Tətbiqimizi yükləyə bilərsiniz