İzmirdə zavodda baş verən partlayışla bağlı saxlanılanların say 11-ə çatdı


Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Poladtökmə Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb.
Yeniavaz.com
“Haberler.com”a istinadla xəbər verir ki, bu barədə Türkiyə ədliyyə nazirinin müavini Can Tuncay məlumat verib.
Digər tərəfdən, maye polad tökülərkən üst kranın çökməsi və təbii qaz xəttinə düşməsi nəticəsində ölənlərin sayı 17-yə çatıb. Hadisə nəticəsində biri ağır olmaqla 14 nəfər yaralanıb.
Həyatını itirən 17 nəfərin şəxsiyyəti müəyyən edilib. Dağıntılar altında qalan bir nəfərin axtarışları davam edir.
Qeyd edək ki, partlayışla bağlı ötən gün aparılan ilkin araşdırmalar nəticəsində təqsiri olduğu müəyyən edilən 6 şübhəli saxlanılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top