“Türkiyə ilə Azərbaycan arasında ayrılıq axtaranlar əbəs yerə çalışırlar”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Yeniavaz.com
AA-ya istinadla xəbər verir ki, Ərdoğan Türkiyə ilə Azərbaycanın sevincdə və kədərdə bir olan, bütün çətinliklərə birlikdə sinə gərən iki qardaş dövlət olduğunu bildirib.
“Aramızdakı sevgi, həmrəylik və qardaşlığa heç kim kölgə sala bilməz.
İlham Əliyev qardaşımla səmimi şəkildə qucaqlaşdıq, həsrətimizi aradan qaldırdıq. Türkiyə ilə Azərbaycan arasında ayrılıq axtaranlar əbəs yerə çalışırlar.
Aramıza məsafə qoymağa çalışanlar xalqlarımızın bir-birinə olan sevgisini, tarixi bağlarını və sarsılmaz iradəsini nəzərə almırlar.
Bizi məğlub edə bilməyəcəklərini anlayanlar birliyimizə və həmrəyliyimizə xələl gətirməyə çalışa bilərlər. Xüsusilə, bu cür oyunlara qarşı diqqətli olmalı və ayıq-sayıq davranmalıyıq”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top