
Çin avtomobil ixracında rekord vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Baş Gömrük İdarəsi məlumat yayıb.
Məlumata görə, 2026-cı ilin yanvar-oktyabr ayları arasında ölkə xaricə 9,736 milyon avtomobil ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49,6% artım deməkdir.
Çinin bu müddət ərzində avtomobil ixracından əldə etdiyi gəlir isə 169,536 milyard dollar olub (ilin eyni dövrü ilə müqayisədə 52,2% artım).
Təkcə oktyabr ayında isə Çin 19,7 milyard dollarlıq 1,1 milyon avtomobil ixrac edib.
İdarəninn məlumatına görə, Çin yanvar-oktyabr ayları ərzində digər ölkələrə 88,715 milyard dollarlıq avtomobil hissələri tədarük edib ki, bu da illik müqayisədə 12% artım deməkdir.
Oktyabr ayında isə Çin 9,16 milyard dollarlıq avtomobil hissələri ixrac edib.
Tətbiqimizi yükləyə bilərsiniz