İzmirdə fabrikdə partlayış oldu: Ölənlər var – Video


Türkiyənin İzmir vilayətinin Əliağa rayonunda HABAŞ şirkətinə məxsus karbon qazı doldurma müəssisəsində partlayış baş verib.
Yeniavaz.com
“Birgün”ə istinadla xəbər verir ki, hadisə yerinə xilasedicilər və digər müvafiq qurumların əməkdaşları göndərilib.
İzmir Valiliyi hadisə nəticəsində 3 nəfərin həyatını itirdiyini, 3-ü ağır olmaqla, 14 nəfərin yaralandığını açıqlayıb.
Valiliyin məlumatına görə, fabrikdə 10 nəfər dağıntılar altında qalıb.
Hadisə ilə bağlı araşdırma aparılması üçün müfəttiş təyin edilib.
İlkin ehtimallara görə, partlayış, əridilmiş poladın tökülməsi prosesi zamanı körpülü kranın bərkidildiyi yerdən qopub sobanın içinə düşməsi nəticəsində baş verib.

DİGƏR XƏBƏRLƏR

Top