
Birləşmiş Ərəb Əmirliklərinin partaxtı Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların ilk günü başa çatıb.
Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, görüş 10 noyabrda yerli vaxtla saat 12:12-də (Bakı vaxtı ilə eyni saatda - red.) başlayıb.
Görüş təxminən dörd saat davam edib və qapalı qapılar arxasında keçirilib.
Danışıqlar sabah, noyabrın 11-də davam edəcək.
Danışıqların ilk gününün nəticələri barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, Moskva və Kiyev arasındakı münaqişənin həlli üçün üçtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edir. Amerika tərəfini prezidentin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner təmsil edir.
Bu görüş, təxminən doqquz aylıq fasilədən sonra üçtərəfli formatda keçirilən ilk görüşdür.
Tərəflər hərbi əməliyyatların dayandırılması şərtlərini, təhlükəsizlik zəmanətlərini və humanitar məsələləri müzakirə etmək niyyətindədirlər.
Danışıqların noyabrın 11-də başa çatacağı gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz