İtkin düşdüyü deyilən qazi həbs edilibmiş - FOTO + YENİLƏNİB

Salyanda itkin düşdüyü bildirilən Vətən müharibəsi iştirakçısı həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan Regional Qrupunun baş inspektoru Nizam Həmidov APA-ya bildirib ki, Vətən müharibəsi iştirakçısı Kamran Dadaşzadənin itkin düşməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir: "Kamran Dadaşzadə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri ərazisində saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə aşkarlanıb”.

N. Həmidovun sözlərinə görə, onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə K. Dadaşzadə 30 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Kamran Dadaşzadənin itkin düşdüyü bağlı məlumatlar yayılıb.


***17:24
Salyan rayon sakini itkin düşüb.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, rayonun Qaraçala qəsəbə sakini, 28 yaşlı Kamran Rövşən oğlu Dadaşzadə fevralın 15-da "Nissan-Maxima" markalı minik maşını ilə evdən çıxaraq, bir daha geri qayıtmayıb.

İlkin məlumata görə, o, Bakı istiqamətinə gedib.

Məlumat üçün bildirək ki, K.Dadaşzadə Vətən müharibəsi qazisidir.

K.Dadaşzadənin ailəsi onu görənlərdən və yerini bilənlərdən xahiş edir ki, Salyan Rayon Polis Şöbəsinə məlumat versinlər.

DİGƏR XƏBƏRLƏR

Top