Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi


Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Aleksandr Yunaşevə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Ermənistanın səsvermə hüququndan, eləcə də KTMT-də yüksək vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan məhrum edilməsi təklif edilib və qərar qəbul edilib.
Peskov qeyd edib ki, qərar Ermənistanın bir neçə ildir ki, öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar verilib.
Qeyd edək ki, KTMT bir neçə postsovet dövləti tərəfindən kollektiv təhlükəsizliyi təmin etmək üçün yaradılan regional beynəlxalq qurumdur. Onun əsas məqsədləri sülhü, beynəlxalq və regional təhlükəsizliyi və sabitliyi möhkəmləndirmək, üzv dövlətlərin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini kollektiv şəkildə müdafiə etməkdir.

DİGƏR XƏBƏRLƏR

Top