Hörmüz boğazı ilə bağlı razılığa gəldilər


İran və Oman Hörmüz boğazında gəmiçilik dəhlizi və nəqliyyatın bölünməsi sistemi ilə bağlı razılığa gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran Məclisinin (birpalatalı parlament) sədri Məhəmməd Baqer Qalibaf “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə bildirib.
İran Məclisinin sədri qeyd edib ki, Hörmüz boğazının statusu müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq.
O həmçinin qeyd edib ki, bu müddəa əldə edilən qarşılıqlı anlaşmanın bir hissəsidir və Tehranın münaqişənin həlli üçün irəli sürdüyü yeddi şərtdən biridir.

DİGƏR XƏBƏRLƏR

Top