Əbu-Dabidə Ukrayna ilə bağlı üçtərəfli danışıqlar başa çatdı


Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında keçirilən üçtərəfli danışıqlar başa çatıb.
Yeniavaz.com
Rusiya KİV-ə istinadla xəbər verir ki, görüş təxminən bir saat yarım davam edib.
Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin iştirak etdiyi danışıqlar qapalı qapılar arxasında keçirilib.
Əbu-Dabidə keçirilən üçtərəfli görüşün nəticələrindən biri Rusiya və Ukrayna arasında əsir mübadiləsi olub. Belə ki, tərəflər danışıqlarda yeni genişmiqyaslı məhbus mübadiləsi barədə razılığa gəliblər.
Rusiyanı Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, Xarici İşlər Nazirliyinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin, eləcə də, Baş Qərargahın iki idarəsinin nümayəndələri İqor Kostyukov və Yuri Jiqarlovski təmsil ediblər.
Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edib. Danışıqlar qrupuna həmçinin prezident aparatının rəhbəri Kirilo Budanov, onun birinci müavini Sergey Kislitsya, Ali Radada “Xalqın Xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski və Ukrayna Baş Qərargahının keçmiş rəisi Andrey Qnatov daxil olub.
Amerika nümayəndə heyətinə isə ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner rəhbərlik ediblər.

DİGƏR XƏBƏRLƏR

Top