
Hörmüz boğazından icazəsiz keçməyə cəhd zamanı iki neft tankeri dəniz minalarına düşərək partlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Sahil Mühafizəsi məlumat yayıb.
Bildirilib ki, hadisə gecə saatlarında baş verib.
Qurum gəmiləri naviqasiya qaydalarını pozmaqda ittiham edib.
Məlumata görə, naviqasiya və avtomatik identifikasiya sistemləri söndürülmüş tankerlər razılaşdırılmamış marşrutla gizli şəkildə boğazın sularını tərk etməyə cəhd göstəriblər.
İran tərəfinin iddiasına görə, gəmilərin hərəkəti ABŞ hərbi aviasiyasının müşayiəti və himayəsi altında həyata keçirilib.
Məlumatda bildirilir ki, minalara düşməsi nəticəsində hər iki tankerdə güclü partlayışlar baş verib.
Tehran həmçinin iddia edir ki, gəmilərin hərəkətini ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndələri koordinasiya ediblər.
İran Sahil Mühafizəsinin açıqlamasında qeyd olunub ki, Hörmüz boğazı ətrafında aparılmış hava çəkilişlərinin görüntüləri hadisənin baş verdiyini təsdiqləyir.
Tətbiqimizi yükləyə bilərsiniz