Bakıda polislərin meydançaya buraxmadığı məhsullar içəridə satılır? – Video


Xəbər verdiyimiz kimi, bu gün Konfrans Liqasında çıxış edən “Zirə” II təsnifat mərhələsinin ilk oyununda İsrailin “Makkabi” komandası ilə Mərdəkanda yerləşən “Dalğa Arena”da qarşılaşıb.
Yeniavaz.com
xəbər verir ki, jurnalist İlkin Muradov stadionun girişində polis tərəfindən azarkeşlərdən gətirilməsi qadağan olduğu üçün alınan məhsulların sektorların girişində azarkeşlərə təklif olunduğunu bildirib:
“Adam bunları gördükcə lap xəcalət çəkir. Bu qazandığınızla milyonçu olacaqsınız? “Dalğa Arena”da futbola baxmağa getmişdik. Həmişə olduğu kimi polislər suların qapağını açıb keçirməyə icazə verdilər. Bunu başa düşdük. Amma sipsi və tumları aldılar. Cipsi və tumla nə edəcəkdik? Futbolçu başı yaracaqdıq? Yaxşı, bizdən qapıda alıb özünüz hər sektorun girişində niyə satırsınız? Alan polis, satanlar isə boynunda stadion əməkdaşı olduğu yazılanlardır. Yaxşı sistem qurmusunuz”.
Jurnalist həmin yerdən kadrlar da yayıb:

DİGƏR XƏBƏRLƏR

Top