Jurnalist polisin onu haqsız yerə cərimələmək istədiyini iddia edib - Video


Jurnalist Məhəmməd Türkmən yol polisi əməkdaşının onu haqsız yerə cərimələmək istədiyini iddia edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, sosial şəbəkələr vasitəsilə məlumat yayıb.
“Qəsdən iki əlimi sükana qoydum. Bilirdim ki, məni xam bilib postda (Salyan) saxlayacaqlar və elə də oldu. Dayanmışam, polis maşına tərəf gələ-gələ əlindəki cihaza (ya da telefon idi) nəsə yazır. Yaxınlaşdı və dedi ki, sürət məhdudiyyəti 70 olan yolda 92 ilə sürmüşəm. Bunu deyib əlində sadəcə maşının nömrəsi yazılmış hazır mesaj kimi bir şey göstərdi. Dedim necə yəni? Ardınca dedi, “salyanlısan?” Dedim ki, hə. Dedi, “onda get”. Mən sürət həddini aşam və sən məni buraxasan? Mümkün deyil. Sadəcə “press” yazısını, kameranı gec gördü və bildi ki, alınmayacaq”.
Jurnalist həmin anları lentə alıb və sözügedən görüntüləri yayıb.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top