Sumqayıtda təmizlik işçilərinin maaşı verilmir? – Video


Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Təmizlik Departamentinin əməkdaşlarının əməkhaqlarının vaxtında və tam ödənilmədiyi iddia olunur.
Yeniavaz.com
xəbər verir ki, məlumata görə, işçilər buna etiraz olaraq kütləvi şəkildə qurumun rəhbərliyinə öz narazılıqlarını çatdırıblar.
Həmin anları əks etdirdiyi bildirilən kadrlar sosial mediada yayılıb.
Kadrlarda bir qrup təmzilik işçisinin rəsmi şəxslərə öz etirazlarını çatdırması əks olunub.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən Yeniavaz.com-un sorğusuna cavab olara bildirilib ki, təmizlik işçilərinin əməkhaqlarının ödənilməsində yaranmış gecikmə ilə bağlı məsələ aradan qaldırılıb:
“Əməkhaqlarının mərhələli şəkildə işçilərin hesablarına köçürülməsi təmin olunub”.

DİGƏR XƏBƏRLƏR

Top