
Bu ilin ilk 9 ayı ərzində turist kimi xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 987 min 179 nəfər olub.
Yeniavaz.com xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə turizm məqsədilə xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 1,4% və ya 14 min 65 nəfər azalıb.
Qeyd edək ki, ötən ildən fərqli olaraq bu il turizm məqsədilə xaricə gedən azərbaycanlıların 2,4%-i və ya 23 min 261 nəfəri quru yolla ölkəni tərk edib. Quru yolla xaricə gedən azərbaycanlı turistlərin hamısı Gürcüstana səfər edib.
Məlumat üçün bildirək ki, 6 illik fasilədən sonra mayın 26-dan etibarən Bakı–Tbilisi–Bakı sərnişin qatarı fəaliyyətə başlayıb. Bu isə o deməkdir ki, 26 may–1 oktyabr tarixləri arasında hər gün orta hesabla 182 azərbaycanlı turist qatarla Gürcüstana səfər edib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz