
Kaliforniya qubernatoru, Demokrat Qevin Nyusom bütün ölüm hökmü verilən məhbusların cəzasını ömürlük həbs cəzası ilə əvəz etmək qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
“Konstitusiya ilə bağlı əfv səlahiyyətimdən istifadə etmək və Kaliforniyadakı bütün ölüm hökmlərini ömürlük həbs cəzası ilə əvəz etmək qərarına gəldim”, - Kaliforniya qubernatoru bildirib.
O, öz hərəkətlərini Kaliforniyada 500-dən çox məhkumun sanksiyalı şəkildə öldürülməsinin ştatın dəyərləri ilə uyğun gəlməməsi ilə izah edib.
Nyusom əlavə edib ki, 30 ildir ki, ölüm hökmünə qarşıdır və ştatı bir ildir ki, heç bir edam icra etməyib.
Qeyd edək ki, qubernatorun qərarından əvvəl Kaliforniyada 548 cinayətkar ölüm hökmünə məhkum edilmiş və edamını gözləyirdi. Nyusom qeyd edib ki, bu, Qərb yarımkürəsində ən yüksək rəqəmdir.
Tətbiqimizi yükləyə bilərsiniz