
Ağ Evin yeni aparat rəhbəri Stiven Miller olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə səhifəsində məlumat verib.
“Hazırda Ağ Evdə aparat rəhbərinin müavini və ən yaxın məsləhətçilərimdən biri vəzifəsini icra edən Stiven Millerin 9 noyabr 2026-cı il tarixindən etibarən Aparat rəhbəri olacağını elan etməkdən məmnunam”, - deyə Amerika lideri qeyd edib.
Tramp həmçinin əlavə edib ki, hazırda bu vəzifəni tutan Syuzan Uayls siyasi fəaliyyəti ilə əlaqəli qeyri-hökumət təşkilatına keçəcək.
Tətbiqimizi yükləyə bilərsiniz