Dünyanın son günü


(Həyat dərsi)

Professor dərsə belə başladı:
- Təsəvvür edin ki, bu gün dünyanın son günüdür. Sabah bu vaxt hər şey məhv olacaq. Xilas olmaq imkanınız da yoxdur. Bu gün nə edərdiniz?
Tələbələrdən müxtəlif cavablar gəldi:
- Bütün günahlarım üçün dua edərdim...
- Bütün sevdiklərimlə vidalaşardım...
- Vaxtımı ailəmlə bir yerdə keçirərdim...
- Atamın-anamın yanına gedərdim...
- Bütün dostlarımla bir yerə yığışardım...
- Bütün sevdiyim yeməkləri bişirərdim.
- Ən çox sevdiyim kitabı oxuyardım...
- Ən çox sevdiyim musiqiyə qulaq asardım...
- Son dəfə günəşin batmasına tamaşa edərdim...
- Son dəfə ulduzların sayrışmasını seyr edərdim...
- Həyatda ən çox istədiyim şeiri dinləyərdim...
- Həyatda ən çox istədiyim yerə gedərdim...
- Dünyanın ən gözəl filminə baxardım.
- Dünyanın ən gözəl rəsmini çəkərdim.
- Həyatımda son dəfə meşədə gəzərdim...
- Həyatımda son dəfə dənizə baxardım...
- Üzərimdə haqqı olan insanlardan halallıq istəyərdim…
- Üzərimdə zəhməti olan insanlara təşəkkür edərdim və s...
Professor bu cavabların hamısını lövhəyə yazdı. Sonra da üzünü tələbələrinə tutaraq:
- Uşaqlar, doğrudanmı bütün bunları etmək üçün dünyanın son gününü gözləmək lazımdır? - dedi.
Bəli, bu gün dünyanın son günüdür. Elə isə bəs siz bu gün nə edərdiniz?..

DİGƏR XƏBƏRLƏR

Top