Üçtərəfli danışıqlarda Ukrayna heyətinə o rəhbərlik edəcək


Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda Ukrayna nümayəndə heyətinə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Kirill Budanov rəhbərlik edəcək.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “CBS News” telekanalına bildirib.
Telekanalın məlumatına görə, Budanov danışıqlarda əhəmiyyətli irəliləyiş gözləmədiyini, lakin danışıqların baş tutmasını irəliləyiş hesab etdiyini bildirib.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı üçtərəfli danışıqların 10-11 noyabr tarixlərində Əbu-Dabidə keçirilməsi planlaşdırılır.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıqların Rusiya və Ukrayna üçün qarşılıqlı təhlükəsizlik zəmanətlərini əhatə edəcəyini bildirib.
O həmçinin, Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinskinin rəhbərlik edəcəyini əlavə edib.
ABŞ isə danışıqlarda vasitəçi qismində çıxış edəcək.

DİGƏR XƏBƏRLƏR

Top