İctimai fəal polis tərəfindən döyüldüyünü deyir - DİN-dən açıqlama


Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Xalq Cəbhəsi Partiyası Bakı Şəhər İcra Hakimiyyəti qarşısında aksiya keçirib.
Yeniavaz.com
xəbər verir ki, Müsavat Partiyasının üzvü, ictimai fəal Əziz Məmiyev aksiyada polislərin ona qarşı sərt davrandığını bildirib.
“Polislər qolumu burub var gücləri ilə üzümə, göz və ətrafı hissələrə ağır zərbələr endirdi. Hazırda gözüm və alnım şişib. Avtobusun içində ağız-burnum qanla dolmuşdu. Dedim niyə belə edirsiniz? Serjant dedi ki, cənab nazirin göstərişi belədir”, - Ə.Məmiyev sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
İddialarla bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev Yeniavaz.com-a münasibət bildirib.
“Ənənəvi iddialardır”, - şöbə rəisi deyib.

DİGƏR XƏBƏRLƏR

Top