THY İstanbul-İrəvan marşrutu üzrə ilk yük reysini həyata keçirib


Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları” (THY) şirkətinin yükdaşıma bölməsi olan “Turkish Cargo” İstanbul-İrəvan-İstanbul marşrutu üzrə ilk planlaşdırılmış yük reysini həyata keçirib.
Yeniavaz.com
Ermənistan mediasına istinadən xəbər verir ki, ilk uçuş noyabrın 15-də baş tutub.
Aviasiya sahəsində ixtisaslaşmış “Aeroportist” agentliyi uçuşun regional idarəetmə və əməliyyat qrupunun koordinasiyası ilə həyata keçirildiyini bildirib.
Qeyd olunub ki, yeni yük marşrutu iki ölkə arasında daha səmərəli və etibarlı yük daşımalarının təmin edilməsinə, eləcə də “Turkish Cargo” şirkətinin qlobal logistika şəbəkəsinin genişləndirilməsinə xidmət edəcək.
Xatırladaq ki, THY 2026-cı ilin mart ayından etibarən İstanbul-İrəvan-İstanbul marşrutu üzrə müntəzəm sərnişin reysləri həyata keçirir.

DİGƏR XƏBƏRLƏR

Top