
Azərbaycanlı hərbçi Nəsimi Musayev barəsində başlanmış cinayət işi üzrə istintaq başa çatıb və iş ittiham aktı ilə məhkəməyə göndərilib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, işə Sünik məhkəməsində baxılacaq.
Qeyd edək ki, 2026-cı il oktyabrın 1-də Azərbaycan vətəndaşı, hərbçi Nəsimi Musayevin Ermənistanın Sünik rayonunun Sisian icmasının Şəki qəsəbəsindəki 6-cı küçədə yerləşən 20 nömrəli evə qanunsuz daxil olduğu iddia edilir.
Məlumata görə, Musayev aşkar edildikdən sonra atəş açıb. Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Ani Avetisyan yaralanıb.
Bundan sonra Azərbaycan vətəndaşının hadisə yerindən uzaqlaşaraq gizləndiyi, görülən tədbirlər nəticəsində isə saxlanıldığı bildirilir.
Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi üzrə cinayət işi başlanıb. Nəsimi Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Tətbiqimizi yükləyə bilərsiniz