
Bu ilin ilk 9 ayında Azərbaycanda qızıl və gümüş istehsalı azalıb, mis konsentratının istehsalı isə artıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr ayları ərzində ölkədə 2 280,95 kiloqram qızıl, 2 813,84 kiloqram gümüş, 14 494,79 ton mis konsentratı istehsal edilib.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 2,9% (68,09 kiloqram), gümüş istehsalı 5,7% (170,49 kiloqram) azalıb. Mis konsentratının istehsalı isə 5,2 dəfə (11 728,19 ton) artıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz