
Belçika futbol millisinin tarixində ən çox qol vuran futbolçu Romelu Lukaku milli komandadakı karyerasını başa vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə futbolçu “Instagram” səhifəsində məlumat yayıb.
“16 il ərzində milli komandaya bacardığım hər şeyi verdim. Deyə bilərəm ki, mümkün olan bütün emosiyaları yaşadım. Möhtəşəm komanda yoldaşlarımla birlikdə oynamaq fürsətim olub və onlara hər zaman minnətdar olacağam. Komandamıza göstərdiyiniz dəstəyə görə Belçika azarkeşlərinə təşəkkür edirəm. Ölkəmi dörd dünya çempionatında və üç Avropa çempionatında təmsil etdiyim üçün qürur duyuram. Karyeramı başa vurmaq qərarına gəlmişəm və bu qərardan sonra özümü rahat hiss edirəm”, – deyə Lukaku yazıb.
Qeyd edək ki, 33 yaşlı Lukaku 2026-cı ilin yayından Türkiyənin “Fənərbağça” klubunda çıxış edir. Karyerası ərzində hücumçu Belçikanın “Anderlext”, İngiltərənin “Vest Bromviç”, “Çelsi”, “Everton”, “Mançester Yunayted”, İtaliyanın “Napoli”, “İnter” və “Roma” klublarında da oynayıb.
O, 94 qolla Belçika millisi tarixinin bombardiridir.
Tətbiqimizi yükləyə bilərsiniz