Polis aksiyada saxladığı jurnalistləri şəhərdən kənara aparıbmış... - Video


Xəbər verdiyimiz kimi, sentyabrın 30-da Milli Məclisin qarşısında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) “Siyasi paetiyalar haqqında” qanun layihəsinə etiraz olaraq aksiya keçirilib.
Yeniavaz.com
xəbər verir ki, etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan jurnalistlər Sevinc Sadıqova və Gülmirə Aslanova şəhərdən çıxarılıb.
Belə ki, jurnalistlər onlardan avtomobildən enməyi tələb edən polisləri lentə alıblar.
Sosial şəbəkələrdə yayılan kadrlardan görünür ki, jurnalistlər polisdən həmin əraziyə gətirilmələrinin səbəbini soruşsa da, polis əməkdaşları onlardan avtomobildən düşməyi tələb edir.
Bir müddət davam edən mübahisədən sonra isə, polis əməkdaşları jurnalistləri şəhər mərkəzinə doğru aparmağa razılaşırlar. Jurnalistlər isə, polislərin istəyi ilə çəkilişi dayandırmalı olurlar.

DİGƏR XƏBƏRLƏR

Top