
FIFA prezidenti Canni İnfantino Dünya Kubokunun iştirakçılarının genişləndirilməsi planından imtina edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat verib.
Məlumata görə, o, bu qərarı Dünya Kubokuna ev sahibliyi hüquqlarının bir hissəsini satmaq planları ilə bağlı qalmaqaldan sonra yaranan təzyiqi azaltmaq üçün verib.
Nəşrin məlumatına görə, yenidən seçiləcəyi təqdirdə İnfantino nə milli komanda, nə də klub səviyyəsində Dünya Kuboku iştirakçılarının genişləndirilməsi üçün səy göstərməyəcək.
Qeyd edək ki, avqust ayında “The Times” qəzeti İnfantinonun Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) 2030-cu il Dünya Kubokunu 64 komandaya genişləndirmək planını dəstəklədiyini bildirmişdi. Qəzetin qeyd etdiyi kimi, o, böyük bir genişlənməni müdafiə etməklə daha çox komandaya turnirdə yer təklif etməyə, həmçinin, mövqeyini qorumaq və lazım olan səsləri toplamaq üçün daha çox ölkənin koalisiyasının dəstəyini təmin etməyə ümid edirdi.
Xatırladaq ki, hazırda klublararası dünya çempionatında 32 komanda, milli komandalar arasında keçirilən dünya çempionatında isə 48 yığma iştirak edir.
Tətbiqimizi yükləyə bilərsiniz