KƏMALƏ ABDURAHMANOVA

Özünəinamı olmazsa...

Özünəinamı olmazsa...

KƏMALƏ ABDURAHMANOVA

İnsanın bir fərd kimi formalaşmasının təməlində özünəinam duyğusu durur. Uşaq böyüdərkən ən mühüm məsələlərdən biri ona özünə inam duyğusunu qazandırmaqdır. Özünəinam duyğusunu qazandırmaq üçün uşağı özünüzə bağlı böyütməyin. Doğumundan etibarən uşağa bağlanan ana onu da özünə bağlamaq istəyər. Bu da uşaqda özünəinam hissinin formalaşmasını çətinləşdirər. Hər işində onun yerinə düşünər, onun yerinə qərar verər, uşağın görəbiləcəyi işləri onun əvəzinə ana edər. Bu şəkildə böyüyən uşaq da hər çətinlik qarşısında zəif düşər, öhdəsindən gələ bilməyəcəyini düşünər, həmişə başqalarının köməyini gözləyər.

Özünəinam hansı yaşdan etibarən başlayır?

Mütəxəssislərin təcrübələrinə görə özünəinam hissi ilk iki yaşdan başlayır. Əsasən ananın körpəsi ilə qurduğu duyğusal təmas olduqca önəmlidir. Əgər ana övladının ehtiyaclarına qarşı məsuliyyətli olarsa uşaqda özünəinam və hüzur,əks halda hüzursuzluq və güvənsizlik hissi olar.

Uşağın özünəinam hissinin olmadığını necə anlamaq olar?

- Əgər uşaq hiss və düşüncələrini ifadə edə bilmirsə;

- Qərar verə bilmirsə, ya da tez tez qərarsız qalırsa;

- Güvəndiyi insanlardan qopa bilmirsə;

- Məsuliyyət almaq istəmirsə;

- Hüzursuz və ürkəkdirsə;

- Hər hansı bir işə başlamadan əvvəl çox inamsızdırsa;

Belə uşaqlara ata və ananın dəstəyi lazımdır.

Uşaqda özünə inam duyğusunu artırmaq üçün nə edə bilərik?

- Ona özünüifadə etmə haqqı verə bilərsiniz.

- Onu, duyğularını, nə düşündüyünü, özünü necə hiss etdiyini danışmaqla anlaya bilərsiniz.

- O danışarkən üzünə baxıb onu məsuliyyətlə dinlədiyinizi hiss etdirə bilərsiniz.

- Onun fikirlərinə önəm verdiyinizi ifadə edə bilərsiniz.

- Yaşına uyğun işlər tapşıra bilərsiniz.

- Sadəcə ona ayırdığınız zamanınız ola bilər.

- Ona maraqlı gələn hadisələrdən danışa bilərsiniz. Misal üçün onun və ya sizin kiçik yaşlarınızdakı həyəcanlı maraqlı hadisələr ola bilər.

- Sevmədiyiniz davranışları varsa onları danışaraq aradan qaldıra bilərsiniz, əksinə daha gözəlini ona başa sala bilərsiniz.

- Başqalarının yanında onu azarlamayın, bacara bilmədiyi işlərini böyüdüb problem etməyin.

- Onu tez-tez sevdiyinizi söyləyə bilərsiniz.

- Ona xoşbəxt bir ailə çevrəsi qura bilərsiniz.

Uşaqlarınızı onların gördükləri işlərə görə deyil, onları özləri olduqları üçün sevin və onların duyğularına ciddi yanaşın..

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top