KƏMALƏ ABDURAHMANOVA

Düşüncələrinizi dəyişin. Pozitiv olun...

Düşüncələrinizi dəyişin. Pozitiv olun...

KƏMALƏ ABDURAHMANOVA

İnsan pozitiv bir düşüncəyə sahib olarsa uğurları artar, ətrafındakılara da pozitivlik bəxş edər. Pozitiv olmaq üçün hər kəs özündən başlamalı və bunun üçün yollar axtarmalıdır. Necə deyərlər özünü xoşbət edə bilməyən başqasını xoşbət edə bilməz. Pozitivlik insandan insana keçən bir şeydir. Sizi pozitiv gülərüzlə qarşılayan birisinin bu qarşılama şəkli sizə də təsir edər və sizi ilk dəqiqələrdən müsbətə kökləyər.

Bəzən özündən asılı olmayaraq düşüncəsi mənfi yöndə dəyişən insan həmin an ona müdaxilə etməli, düşüncələrini təmiz saxlamağa çalışmalıdır. Misal üçün gün ərzində iş yerində, ailədə, küçədə rastlaşdığımız hadisələrə qarşı neqativ fikirlərlə yanaşarıqsa çarələrin önünü kəsmiş olarıq. Yəni beynimiz qorxunu, stresi, əsəbi önə çıxararaq bizi pozitivlikdən uzaqlaşdırar. Belə anlarda insan həm qarşısındakını, həm də özünü düşünərək pozitiv olmağa çalışmalıdır.

Ümumiyyətlə insanın pozitiv olmasına bir çox amillər öz təsirini göstərir. Bunlara misal olaraq vaxtında yatmaq, doğru qidalanmaq, daim fiziki hərəkətdə olmaq, pozitiv düşünən insanlarla bərabər olmaq və s. Təcrübələrə görə gecə gec saatlarda yatan insanların depressiyaya düşmələri ehtimaldır. Uşaqlarda isə axşam saat 22:00-04:00 arası yuxuda olmaları onlara gün ərzində oxuduqlarını, öyrəndiklərini yadda saxlamağa da kömək edər. Gecə saat 23:00-03:00 arası hər insan üçün faydalı olan melotonin hormonu ifraz olunur. Bu saatlarda sağlığımız üçün yuxuda olmaq vacibdir. Telefon, tablet, planşetlərdən gələn işıqlar melotonin ifrazını azaldır. Bunun üçün yatmazdan əvvəl mümkünsə bu işıqlardan uzaq olun. Yatma vərdişlərinizi qaydaya qoysanız uğurlarınız çoxalacaqdır.

Bir çoxları yeməyinə diqqət etməyərək nə vaxt gəldi necə gəldi bəslənirlər. Unutmayaq ki, bir çox xəstəliklərin əsas səbəbi səhv qidalanmaqdan baş verir. Misal olaraq səhər yeməyi çox önəmlidir. Səhər yaxşı qidalananların yadda saxlama qabiliyyəti, öyrənmə qabiliyyəti səhər qidalanmayanlara nisbətdə çox öndədir. Əsas da səhər məktəbə gedən şagirdlərin səhər yeməyi vacibdir.

Gündə ən az 25 -30 dəqiqə açıq havada gəzmək zehni açar, immun sisteminə də aktivlik qazandırar. Gəzərkən pozitiv düşünmək üçün ehtiyacınız olan addımları daha yaxşı planlaya bilərsiniz.

Ətrafınızdakı insanları doğru seçin. Sizə psixoloji yöndən yaxşı təsir edən insanlarla bərabər olmağa çalışın. Əksinə sizə pis təsir edən insanlardan mümkündürsə uzaq olun. Eləcə də bu mövzuda siz də kiməsə psixoloji təsir edə bilərsiniz. Bunun üçün ətrafınıza nəşə saçın, gördüyünüz qonşularınıza, dostlarınıza, iş yoldaşlarınıza ilk olaraq gülümsəyərək siz salam verin. İnanın ki, bu hərəkətiniz onlarda çox şeyi müsbətə dəyişə bilər.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top