KƏMALƏ ABDURAHMANOVA

Uğura gedən yoldakı əngəl –Televizor

Uğura gedən yoldakı əngəl –Televizor

KƏMALƏ ABDURAHMANOVA

Yay tətili bitdi, yenidən məktəb, dərs həyatına dönən uşaqlara dəstək olmaq lazımdır. Onları ilk günlərdən dərs, kitab, dəftərdən qorxutmayaraq əksinə onların bu məsuliyyətli günlərə alışmasına yardım edək. Hər bir valideyn keçən ilin mühasibəsini etməli, uşağı ilə nə qədər yaxından maraqlandığını gözdən keçirməli, varsa ötən illərdəki səhvlərini düzəltməyə çalışmalıdır. Gözəl nəticələr əldə etmək istəyiriksə bunun üçün övladımızla bərabər, əl-ələ verərək çalışmalıyıq. Gözəl nəticələr özü özündən yaranmır, bunun üçün bəzi alışqanlıqlarımızdan müvəqqəti də olsa ayrılmalıyıq.

Uğura gedən yoldakı əngəl –Televizor

Təsəvvür edin ki, boş bir yolda maşınla saatda 120 km-lə səyahət edirsiniz. Bir müddət bu sürətlə getdikdən sonra saatda 80 km-ə endiyiniz zaman maşına nə oldu deyə düşünə bilərsiniz. İçimizdə sanki maşın getmirmiş kimi bir hissə qapılarıq. Halbuki, maşın 80 ilə gedir və heç də sürəti az deyil. Beyin 120-yə alışdığı üçün boş ərazidə maşın ona getmirmiş kimi bir təsir bağışlayır. Televizor da belədir. Televizorda baxdığımız şeylərin canlı olması üçün bir saniyədə 25 kadr keçməlidir. Bir saniyədə 25 kadr çox sürətlə keçdiyinə görə biz bunu canlı kimi görürük. Uşaqlarımız bir saniyə televizor izlədikləri zaman əslində 25 şəkilə baxmış olurlar. Bu bir dəqiqədə 60x25=1500 kadr olmuş olarsa, bir saat televizor qarşısında olan uşaq 1500x60=90 000 görüntüyə baxmış olar. Bir film təxminən iki saat olarsa toplamda uşaq 180 000 şəkilə baxmış olar. İndi gəlin düşünək. İki saat televizor izlədikdən sonra, yəni 180 000 şəkilə baxdıqdan sonra uşaq dərs oxumaq istərsə, kitabda nə qədər görüntü görəcək? Dərs kitablarında bir və ya iki görüntü. Amma bir az öncə beyin dəqiqədə 1500 şəkil görmüşdü. Dəqiqədə 1500 şəkil görən beyin 1 və ya 2 şəkilə düşərsə, bir az əvvəl 120-dən 80-ə düşən maşındakı kimi hiss edəcək. Kitabı əlinə alan uşaq əsnəyərək “mən nə vaxt əlimə kitab alsam yuxum gəlməyə başlayır” deyərək bəlkə də kitabı yerinə qoyacaq. Belə vəziyyət yaranan şagird özünə sual verərək “Mən dərs oxumaq istəyirəmmi? Kitabı bezməyərək oxumaq istəyirəmmi?” Əgər dərs oxumaq istəyirsinizsə o zaman dərsdən əvvəl televizora baxmaq məsləhət görülmür.

Məhşur bir psixoloqun məsləhətinə əsasən özünüzü bu təcrübədən keçirə bilərsiniz. Hansı fənn üzrə çətinliyiniz varsa o fənni birinci gün yatmadan öncə bir saat yaxşıca çalışın, sonrasında heç bir işlə məşğul olmadan yatın. Səhər oyanar oyanmaz axşam oxuduqlarınızı 20 dəqiqə təkrar edin. İkinci günün gecəsində eynilə yatmazdan öncə bir saat yenə çalışın. Heç bir şey etmədən yatın. Səhər eyni qaydada davam edin 20 dəqiqə təkrarlayın. Bu alışdırmanı özünüzə 22 gün boyunca axsaqlıq etmədən davam edin. Bu, çox şagirdlər üzərində təcrübə olunmuş və uğurlu nəticələr əldə edilmişdir. Belə ki, 100 üzərindən 40 alan şagird bu metoddan istifadə etməklə bir ayın sonunda 100 üzərindən 70, 80 bal toplaya bilər.

İnsan yatmazdan öncə nə ilə məşğul olarsa beyni səhərə qədər onun davamı ilə məşğul olar. Filmə baxdınızsa bəzən həmin film gecə yuxunuza da girə bilir, mahnı dinlədinizsə səhər o mahnıyla oyanarsınız. Qısacası ağlınızda nəyin qalmasını istəyirsinizsə onunla yatın...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top