“Təbrizin sehirli nağılları” trendə çevrildi - Fotolar


Xəbər verdiyimiz kimi, iyulun 20-də İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən “Təbrizin sehrli nağılları” kitabı ilə paylaşım edib. İranın Azərbaycandakı səfiri Abbas Musavi C. Dikin tvitinə cavab verib. A. Musəvi sosial şəbəkə hesabında etdiyi paylaşımda İsrail səfirini ölümlə təhdid edib. Daha sonra İsrail Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə departamentinin müavini Coşua Zarka sosial şəbəkə hesabında paylaşım edərək A. Musəvinin yazdıqlarına münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, sözügedən paylaşım dünəndən etibarən yenidən gündəmə gəlib.
Belə ki, Corc Dik öz sosial şəbəkə hesablarında sözügedən kitabın müxtəlif vaxtlarda hədiyyə edildiyi rəsmi şəxslərin fotolarını yaymağa başlayıb.
Bu şəxslərin sırasında Roma papası Fransisk, İtaliya Prezidenti Sercio Mattarella, Andorranın Baş naziri Xavier Espot Zamora da var.
Bununla yanaşı rəsmi şəxslərin fotolarını paylaşan hər kəs səfir Corc Diki öz paylaşımlarında işarələyib. Ardınca isə “MysteriousTalesofTabriz” həştəqi sosial şəbəkələrdə trendə çevrilib. Belə ki, ölkədə bir qrup şəxs də bu trendə qoşulub və həmin kitabı oxuyarkən fotolarını paylaşıblar.






DİGƏR XƏBƏRLƏR

Top