
Xəbər verdiyimiz kimi, iyulun 20-də İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən “Təbrizin sehrli nağılları” kitabı ilə paylaşım edib. İranın Azərbaycandakı səfiri Abbas Musavi C. Dikin tvitinə cavab verib. A. Musəvi sosial şəbəkə hesabında etdiyi paylaşımda İsrail səfirini ölümlə təhdid edib.
Yeniavaz.com xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi A. Musəvinin paylaşımına münasibət bildirib.
Bu barədə İsrail Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə departamentinin müavini Coşua Zarka sosial şəbəkə hesabında paylaşım edib.
“İran həbsə atılan terrorçuya görə İsveç vətəndaşlarını qaçırmaqla hədələyir, İranın Azərbaycandakı səfiri bizimkiləri kitab oxuduğuna görə hədələyir. Bu rejim öz ölkəsini və xalqını, o cümlədən Təbrizi ən pis səviyyəyə gətirir və hamı ilə qarşıdurmalara səbəb olur”, - paylaşımda bildirilib.
Iran threatens to kidnap Swedish citizens because of a terrorist put in jail, Iran’s Ambassabor to Azerbaijan threatens our’s for reading a book.
— Joshua L. Zarka (@yzarka) July 21, 2022
This regime is bringing its country and people, including in Tabriz, to its worst level ever and triggers conflicts with everyone https://t.co/QbF1lxX7gk