İsrail səfirindən "Təbriz" paylaşımı - Foto


İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən "Təbrizin sehrli nağılları" kitabı ilə paylaşım edib.

Yeniavaz.com xəbər verir ki, israilli diplomat tviterdə yazıb:

"Bu yaxınlarda mənə armağan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bu günlərdə nə oxuyursunuz?"

Qeyd edək ki, "Təbrizin sehrli nağılları" kitabı dünya incəsənəti tarixində özünəməxsus yeri olan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənətinə həsr edilib.

DİGƏR XƏBƏRLƏR

Top