
Xəbər verdiyimiz kimi, ötən gün İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən “Təbrizin sehrli nağılları” kitabı ilə paylaşım edib.
Yeniavaz.com xəbər verir ki, İranın Azərbaycandakı səfiri Abbas Musavi C. Dikin tvitinə cavab verib.
A. Musəvi sosial şəbəkə hesabında etdiyi paylaşımda İsrail səfirini ölümlə təhdid edib:
“Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”.
For the information of this adventurous boy: Our beloved #Tabriz🇮🇷 is known as the land of FIRSTS in #Iran's proud history. Apparently, the FIRST Evil Zionist is going to be buried by the zealous people of Tabriz, too. Never cross our red-line, ever!#IRANTABRIZ🇮🇷
— Seyed Abbas Mousavi 🇮🇷 (@SAMOUSAVI9) July 20, 2022
🇮🇷🤝🇦🇿 pic.twitter.com/V0bGV9JX8V